Ağdərədə ilk körpə dünyaya gəldi

Ağdərədə ilk körpə dünyaya gəldi
25.06.2025 20:50 Hadisə

İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.

TodayPress TV xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ağdərə rayon Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005- ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır.

Suqovuşan kəndində dünyaya göz açan körpəyə Asiya adını veriblər.

Hazırda Tibbi heyət tərəfindən ana və Yeni doğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası Sirac Qurbanzadə müharibə iştirakçısıdır. M.Qurbanzadə 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edərək müharibə iştirakçısı medalı ilə təltif olunub.

Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Bütün Xəbərlər