23 il öncə azyaşlını qətlə yetirən şəxslərin cinayət işi davam edir

23 il öncə azyaşlını qətlə yetirən şəxslərin cinayət işi davam edir
17.06.2025 17:31 Hadisə

2002-ci ildə azyaşlıya qarşı zorakılıq edərək onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsmayıl Quliyevin vəkili məhkəməyə vəsatət verib.

Vəkil cinayət işinin sübuta yetirilmədiyini bildirərək işin yenidən prokurorluğa qaytarılmasını və təqsirləndirilən hər iki şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və işin baxışa verilməsini istəyib.

Məhkəmə vəsatətlərin təmin olunmaması və işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmə baxışı iyulun 22-nə təyin edilib.

İttihama görə, 22 il öncə təqsirləndirilən İsmayıl Quliyev Alidə Dadaşovanın qızına zorakılıq edib. O zaman Alidə Dadaşovanın həyat yoldaşı həbsdə olub. Daha sonra Alidə Dadaşova qızını boğub öldürüb.

Onlar 2024-cü oldə tutularaq istintaqa cəlb olunublar.

Qeyd edək ki, təqsirləndirlən şəxslər 120.2.1-ci (Qəsdən adam öldürmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə), 120.2.9-cu (Qəsdən adam öldürmə – təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməklə törədildikdə), 29,120.2.1-ci (Qəsdən adam öldürməyə cəhd – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla), 29,120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd – köməksiz vəziyyətdə olan şəxsə qarşı) 150.3.3-cü (Cinsi zorakılıq – təqsirkar üçün aşkar köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə). maddələri ittiham olunurlar.

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər