Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR

Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR
04.07.2026 14:15 Gündəm

Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bir sıra sənədləri yayıb.

Sənədlərə əsasən, Amal Məlikova 2021-ci ildə xuliqanlıq maddəsi ilə bağlı hökm oxunub. Qeyd edilib ki, Amal Məlikov başqa şəxslə birlikdə ictimai qaydanı pozmaqda, mübahisə və zor tətbiqi ilə bağlı hadisədə təqsirli bilinib.

Həmçinin mərhuma 2022-ci ildə narkotik vasitə ilə bağlı hökm oxunub. Sənəddə göstərilib ki, onun üzərindən 2.262 qram heroin aşkar olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay azadlıqdan məhrum edilib, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. 

Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. 

Sözügedən sənədlər: 



XƏBƏR LENTİ
04 IYUL 2026
İstanbuldan Rusiyaya uçan təyyarə təcili eniş etdi - FOTO 17:45 Rusiya Ukraynaya qarşı ölümcül silah əldə etdiyini açıqladı 17:34 Azərbaycan və ABŞ-nin ticarət dövriyyəsi 384 milyon dolları keçib - Hesabat 17:23 Türkiyə LGBTQ+ üzvü turistləri ölkəyə buraxmadı 17:13 Ərdoğan Şahbaz Şəriflə görüşdü 17:04 Müctəbanı atasının dəfninə buraxmadılar 16:57 Ata və iki övladı faciləli şəkildə öldü 16:32 Laçına iyul ayında dolu yağdı 16:22 Zelenski Putini meydana çağırdı - Mənimlə orda görüşməyi problem olmaz... 16:11 Ukrayna Rusiyanın MiQ-29 qırıcısını məhv etdi - VİDEO 15:55 Ukrayna ordusu Rusiya helikopterini vurdu, strateji körpünü uçurdu 15:40 Bakıda maşın kanalizasiyaya düşdü - VİDEO 15:29 Meteohəssas insanları sabah nə gözləyir? 15:23 Məşhur aparıcı avtomobil qəzası keçirdi - FOTO 15:11 Azərbaycanlılar Gürcüstanda saxlanıldı 15:03 Məscidlərə gözü kor, dili lal olan Paris xristian təəssübkeşliyi çəkir? Bakıya qarşı açıq təxribat 14:44 Leysan suları İstanbulda həyatı iflic etdi 14:48 Sabah çimərliyə gedəcəksinizsə, bunu mütləq oxuyun 14:29 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR 14:19 Yasamalda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ 14:01 Makronun xəyalı suya düşdü - Tehrandan Paris və Londona sərt xəbərdarlıq 13:51 Sabah hava necə olacaq? 13:23 Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək 13:08 Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Bütün Xəbərlər