Deputat: “ABŞ Azərbaycana siyasi dəstəyini nümayiş etdirdi”

Deputat: “ABŞ Azərbaycana siyasi dəstəyini nümayiş etdirdi”
11.02.2026 12:31 Gündəm

“Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”.


Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O bildirib ki, bu səfər təkcə diplomatik görüş deyil, həm də Azərbaycan–ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından əlamətdar hadisədir:

“Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi post-müharibə dövründə yeni reallıqların formalaşmasında mühüm rol oynayır. ABŞ tərəfinin bu səfəri həmin reallıqların tanınması və Cənubi Qafqazda sülhün bərqərar olmasına verilən siyasi dəstəyin göstəricisidir. Xüsusilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirir. Bu sənəd qarşılıqlı maraqlara, suverenliyə, hörmətə və qlobal sabitliyə xidmət edən dəyərlər üzərində qurulub”.

Parlamentari əlavə edib ki, bu gün münasibətlərimiz enerji, təhlükəsizlik, iqtisadiyyat, innovasiya və humanitar sahələrdə yeni dövrə qədəm qoyur. Azərbaycan həm regionun enerji təhlükəsizliyinin təminatçısı, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.


“İnanıram ki, bu səfər və imzalanan sənədlər Azərbaycan–ABŞ əməkdaşlığını daha da dərinləşdirəcək, xalqlarımız arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yeni mərhələsinə yol açacaq”, – deyə millət vəkili fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Bakıya rəsmi səfərə gəlib. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər