Valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi
20.05.2025 11:55

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nda və 20 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edib. 

TodayPress TV xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. 

Qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, eləcə də banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında son bir il ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

İndiyə qədər nəzarət mexanizmi “təqvim ili” ərzində nəzərə alınırdı. 

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər