Qarabağla bağlı büdcə xərclərinin strukturu açıqlandı

Qarabağla bağlı büdcə xərclərinin strukturu açıqlandı
22.10.2025 15:11

2025-ci ilin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsindən 2 milyard 567,5 milyon manat vəsait xərclənib.

Bu barədə TodayPress TV-yə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ayrılan vəsaitin böyük hissəsi insfrastruktur layihələrinə yönəldilib. Bu ilin ilk doqquz ayında bu məqsədlə ümumi xərclərin həcmi 2 milyard 234,8 milyon manat təşkil edib. Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin inşasına 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri və kollektor qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastrukturuna 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat və digər zəruri işlərə isə 7,6 milyon manat sərf olunub.

İşğaldan azad edilmiş ərazilərdə təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələr üçün 291,7 milyon manat ayrılıb. Ərazilərin minalardan təmizlənməsi üzrə xərclər isə 41 milyon manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər