Problemli kreditlər niyə artır? - AÇIQLAMA

Problemli kreditlər niyə artır? - AÇIQLAMA
28.01.2026 14:42

Bu il vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat olub. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 5,9 faiz azalıb, son bir il ərzində 16,8 faiz artıb. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin artmasının əsas səbəbi əhalinin və biznes subyektlərinin maliyyə imkanlarının zəifləməsidir. 


Onun sözlərinə görə, insanların gəlirləri azalır, xərcləri isə sürətlə artır və bu balanssızlıq kredit öhdəliklərinin icrasını çətinləşdirir:

"Ölkədə iqtisadi böhran əlamətləri qalmaqdadır və iqtisadiyyatda real inkişaf müşahidə olunmur. Bu vəziyyət həm muzdlu işçilərin, həm də sahibkarların gəlirlərinə birbaşa təsir edir. Paralel olaraq bazarda qiymət artımı davam edir ki, bu da əhalinin gündəlik xərclərini artırır və kredit ödənişlərini ikinci plana keçirir".

Ekspertin fikrincə, mövcud şəraitdə təkcə fiziki şəxslər deyil, biznes subyektləri də kreditlərini vaxtında və tam şəkildə qaytara bilmirlər. Bu isə problemli kreditlərin artmasına gətirib çıxarır:

"Kredit şərtləri, yüksək faiz dərəcələri, qısa müddətlər və sərt girov tələbləri  vəziyyəti daha da ağırlaşdırır. Lakin əsas həlledici faktor yenə də gəlir-xərc balansının pozulmasıdır. Əgər mövcud iqtisadi tendensiyalar dəyişməzsə, problemli kreditlərin həcminin gələcək dövrdə daha da artması qaçılmazdır", - deyə Əkrəm Həsənov qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər