İranın Azərbaycandan məhsul idxalı azaldı

İranın Azərbaycandan məhsul idxalı azaldı
11.08.2025 10:38

Cari İran ilinin 4 ayı (21 mart -22 iyul 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 iyul 2024) müqayisədə dəyər baxımından 48,3%, çəki baxımından 45,8% azalıb.

TodayPress TV bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.

Statistikaya əsasən, 4 ayda İranın Azərbaycandan məhsul idxalı 3,32 milyon dollar dəyərində 1,79 min ton təşkil edib.

Statistikada deyilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan 6,43 milyon dollar dəyərində 3,3 min ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikaya görə, 4 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 182 milyon dollar dəyərində 276 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25%, çəki baxımından 7,5% azalıb.

Əlavə edək ki, İran Gömrük Administrasiyasının statistikasına əsasən cari İran ilinin 4 ayı ərzində İrana 17,6 milyard dollar dəyərində 12,2 milyon ton məhsul idxal edilib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 14,2%, çəki baxımından 3,23% azalıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər