Hava şəraiti ilə bağlı zərər 10 milyon manatı ötdü

Hava şəraiti ilə bağlı zərər 10 milyon manatı ötdü
01.04.2026 12:27

Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 10 milyon manata çatacağı proqnozlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"un soruğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib.

Sözügedən dövrdə paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində bayram tədbirləri və tətil səfərləri, həmçinin normadan artıq yağış və güclü hava şəraiti nəticəsində çoxsaylı hadisələr qeydə alınıb.

Qeyd olunan tarixlər ərzində baş verən sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4 576 müraciət daxil olub. Müraciətlərin 3 636-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", 651-i "KASKO" (avtonəqliyyat vasitələrinin sığortası), 210-u "Daşınmaz əmlakın icbari sığortası", 80-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növləri üzrə olub. Təqdim edilən məlumata görə, qiymətləndirilməsi artıq başa çatmış 4 045 sığorta hadisəsi üzrə gözlənilən zərər məbləği 6 milyon 57 min 25 manat təşkil edir. Qalan 531 hadisə ilə əlaqədar zərərin hesablanması prosesi hələ davam edir.

"Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin dəqiqləşdirilməsi mərhələsi həyata keçirilir. Sığorta hadisəsi kimi təsdiqlənən hər bir hal üzrə müvafiq kompensasiya ödənişlərinin aparılması nəzərdə tutulur. İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılır", - məlumatda deyilir.

Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə ünvanlanan müraciətlərin 77 %-i paytaxt Bakıda, 23 %-i isə digər bölgələrdə, xüsusilə şimal regionunda qeydiyyata alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər