“Bank Respublika” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqladı

“Bank Respublika” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqladı
16.01.2026 11:15

“Bank Respublika” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

TodayPress TV banka istinadən xəbər verir ki, 2025-ci ildə “Bank Respublika”nın xalis mənfəəti 60 milyon 593.6 min manat təşkil edib.

Hesabat dövründə bankın faiz gəlirləri 25.9% artaraq 299 milyon 578 min manat, faiz xərcləri isə 35.5% artaraq 129 milyon 847 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 40 milyon 240 min manata ( illik müqayisədə 6.8% çox), qeyri-faiz xərcləri isə 127 milyon 688 min manata ( illik müqayisədə 14.6% çox) bərabər olub.

Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 25.2% və ya 549 milyon manat artaraq 2 milyard 725 milyon 674 min manata bərabər olub. Ötən il “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 12.3% və ya 181.7 milyon manat artaraq 1 milyard 653.6 milyon manata bərabər olub.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 476.3 milyon manat təşkil edib ki, əvvəlki illə müqayisədə, bu, 25.2% və ya 498.3 milyon manat çoxdur.

2025-ci ildə fiziki şəxslərin depozitləri 2024-cü ilə nisbətən 5.1% və ya 32.5 milyon manat azalaraq 603 milyon 726 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 5.8% və ya 41.6 milyon manat artaraq 753 milyon 432 min manat olub.

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 92.9% və ya 486.1 milyon manat artaraq 1 milyard 9.6 milyon manata yüksəlib.

2026-cı il yanvar ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 25.6% və ya 50 milyon 764 min manat artaraq 249 milyon 404 min manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər