ARDNF-nin əsas səhm portfelində gəlirlilik göstəriciləri aşağı düşdü

ARDNF-nin əsas səhm portfelində gəlirlilik göstəriciləri aşağı düşdü
31.07.2025 14:17

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əsas səhm portfeli üzrə idarə edilən aktivlərin həcmi artsa da, portfelin gəlirlilik göstəriciləri əvvəlki illə müqayisədə azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində bildirilir.

Sənədə əsasən, iri xarici investisiya menecerləri tərəfindən idarə olunan əsas səhm altportfeli üzrə gəlirlilik 2023-cü ildə 22,9 % olduğu halda, 2024-cü ildə 19,8 %-ə enib. Bu, 3,1 faiz bəndi azalma deməkdir.

Ən ciddi azalma isə “UBS EU Ex UK” altportfeli üzrə qeydə alınıb. Bu portfelin illik gəlirliliyi 2023-cü ildə 18 % təşkil etmişdisə, 2024-cü ildə bu göstərici 7,2 %-ə qədər düşüb.

Hesabat dövründə Fond, həmçinin xarici idarəçiyə yeni vəsait yönəldib. Belə ki, 2024-cü ildə yeni investisiya meneceri olaraq “JP Morgan Asset Management” şirkətinə 200 milyon avro məbləğində vəsait ayrılıb. Bu vəsait “JP Morgan Global Research Enhanced Index Equity Fund” fonduna yatırılıb və həmin vəsaitin ARDNF-nin portfelindəki çəkisi 3,5 % təşkil edib.

Qeyd edək ki, Neft fondunun əsas səhm portfeli 2024-cü ildə 17 idarəçi tərəfindən idarə olunub və portfeldəki diversifikasiya Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrin səhmlərini əhatə edib. ARDNF-nin səhm portfelinin dəyəri 15 milyard 980,7 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində səhmlər üzrə ümumi gəlirlilik 17,8 % olub ki, bunun əsas hissəsi kotirovka olunan səhmlər portfeli hesabına formalaşıb.

Kotirovka olunan səhmlər portfeli üzrə gəlirlilik 2024-cü ildə 19,4 % təşkil edib ki, bu da 2023-cü ildəki 23,1 %-lə müqayisədə 3,7 faiz bəndi azdır.

Digər tərəfdən, səhmlərə investisiya yönəldən pay fondları portfeli üzrə gəlirlilik 2024-cü ildə 9,1 % olub, bu isə bir il öncəki göstərici (9,8 %) ilə müqayisədə 0,7 faiz bəndi azdır.

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Bütün Xəbərlər