AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil

AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil
04.02.2026 13:44

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların əmanət portfelində dedollarizasiya prosesinin sona qədər getməsində, başqa sözlə bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.

TodayPress TV xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz azdır. Bizim ​hədəfimiz 20-25 %-dir və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bu sona qədər getməsini istəmirik. Çünki, iqtisadiyyatın xarici valyutada olan kreditlərə qədər tələbatı var. Bu gün bu tələbatın xüsusi çəkisi 14 %-dir", - deyə o qeyd edib.

T.Kazımovun sözlərinə görə, bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur: "Hüquqi şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 41 %-dir. Yəni, əlavə 27 % dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta dollarla depozit cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşirik".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Bütün Xəbərlər