ADB Bakı metrosunun dekarbonizasiyası üzrə layihəni maliyyələşdirəcək

ADB Bakı metrosunun dekarbonizasiyası üzrə layihəni maliyyələşdirəcək
27.10.2025 10:31

Asiya İnkişaf Bankı (ADB) "Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası" layihəsinin həyata keçirilməsi üçün 700 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.

TodayPress TV bu barədə banka istinadən xəbər verir.

Vəsait Təmiz Enerjinin Maliyyələşdirilməsi üzrə Tərəfdaşlıq Mexanizmi (CEFPF) çərçivəsində Təmiz Enerji Fondu vasitəsilə təmin ediləcək.

Layihənin məqsədi enerji səmərəliliyinin artırılması və "təmiz enerji" texnologiyalarının tətbiqi vasitəsilə "Bakı Metropoliteni"nin modernləşdirilməsidir.

"Göstərilən texniki yardım çərçivəsində enerji istehlakını və istismar xərclərini azaltmaq, həmçinin günəş panelləri və enerji saxlanc sistemləri (BESS) də daxil olmaqla bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun yenilənməsi imkanlarının qiymətləndirilməsi planlaşdırılır", - ADB qeyd edir.

Bundan əlavə, enerji istehlakının idarə edilməsi üzrə intellektual sistemlərin tətbiq potensialı da öyrəniləcək. Bu da məhsuldarlığın optimallaşdırılmasına, proqnozlaşdırıcı texniki xidmətin tətbiqinə və böyük verilənlərin təhlilinə imkan verəcək.

ADB qeyd edir ki, bu təşəbbüs dayanıqlı şəhər nəqliyyatı sahəsində "Bakı Metropoliteni" ilə geniş əməkdaşlığın bir hissəsi olacaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər