VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi

VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi
04.06.2025 17:37 Elm və Təhsil

Azərbaycanın paytaxtında ibtidai sinif şagirdləri üçün ən böyük təhsil tədbirlərindən biri olan VII FEMO International Beynəlxalq Olimpiadasının final mərhələsi baş tutub. Tədbirin təşkilatçıları qismində Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi, Qazaxıstanın Respublika Fizika-Riyaziyyat Məktəbi (RFRM) və Bakı şəhərinin Oxbridge Academy beynəlxalq məktəbi çıxış ediblər.

TodayPress TV xəbər verir ki, olimpiadanın bağlanış mərasimində çıxış edən Səfir Alim Bayel qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda növbəti addım olub. Diplomat Qazaxıstan təşəbbüsünə dəstək verilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

FEMO Olimpiadası Qazaxıstanın layihəsidir və 1–5-ci sinif şagirdlərini bir araya toplayır. Bu layihənin məqsədi uşaqlarda riyaziyyata marağı artırmaq, həmçinin onlarda tədqiqat və məntiqi düşüncə bacarığını formalaşdırmaqdır. Layihə 2017-ci ildə Qazaxıstanda başlayıb və 2018-ci ildən beynəlxalq status qazanıb. Bu gün FEMO – onlarla ölkədən gələn gənc istedadların bir araya gəldiyi genişmiqyaslı bir platformadır.

FEMO International iştirakçıları iyirmidən artıq ölkəni təmsil edir. Bu ölkələr arasında Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Böyük Britaniya, ABŞ, Belarus, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tacikistan, Almaniya, Polşa, Fransa, İndoneziya, Rusiya və Kipr də var.

2025-ci ildə Bakıda keçirilən final mərhələsinə FEMO-nun qış və yaz turlarının qalibi və mükafatçısı olmuş 450-dən çox məktəbli qatılıb.

FOTOLAR

VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi — 1
VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi — 2
VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi — 3
VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi — 4
VII FEMO International Beynəlxalq Olimpiadasının finalı keçirildi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər