Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81%-dir

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81%-dir
08.07.2025 11:08 Elm və Təhsil

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir”.

TodayPress TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu 161 nömrəli məktəbdə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsini gedişatı izləyən zaman deyib.

O bildirib ki, gənclər arasında bu peşəyə marağın çoxalması müəllim nüfuzunun artması və əməyinin rəğbətləndirilməsi ilə bağlıdır:

“Əgər siz müşahidə etsəniz, namizədlər arasında gənclərin üstünlük təşkil etdiyini görə bilərsiniz”.

Vəfa Yaqublu qeyd edib ki, MİQ müsabiqəsi şəffaf və ədalətli şəkildə keçirilir. İmtahanlar kompüter əsaslıdır, eyni fənn üzrə eyni vaxtda aparılır və suallar standartdır. Hazırda 19 şəhərdə 44 mərkəzdə imtahanlar keçirilir. Cari seansda isə xarici dil müəllimləri iştirak edir:

“Bu günə qədər davamiyyət kifayət qədər yüksəkdir – bəzi seanslarda 80-90% arasında dəyişir və ümumilikdə orta davamiyyət göstəricisi 81% təşkil edir. Bu da müəllimlərin imtahan prosesinə məsuliyyətlə yanaşdığını göstərir”.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər