Musiqi sənətindən nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək

Musiqi sənətindən nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək
23.07.2025 12:46 Elm və Təhsil

27 iyul 2025-ci il tarixində Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə keçirilir. Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Qeyd edək ki, ixtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122 abituriyentin imtahanda iştirakı nəzərdə tutulub.

İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.

İmtahan müddəti harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə isə 1 saatdır. Hər iki fənn üzrə imtahanda iştirak edən abituriyentlərə 2 saat 30 dəqiqə vaxt veriləcək.

Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (test tapşırığı nümunələri Abituriyent jurnalının Xüsusi buraxılışı olan Musiqi sənəti adlı vəsaitdə verilmişdir). Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Bütün Xəbərlər