Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”

Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”
10.12.2025 15:21 Elm və Təhsil

Təhsil naziri Emin Əmrullayevin “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” açıqlamasından sonra tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanacağı bildirilib.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, problem yalnız iki fənlə məhdudlaşmır, ümumilikdə orta məktəb proqramlarında ciddi uyğunsuzluqlar var:

"Tarix və biologiya yox, mənə görə, əksər fənlərdə proqramlar ciddi şəkildə dəyişməlidir. Xüsusilə yuxarı siniflərdə vəziyyət yaxşı deyil. Proqramın qəbul imtahanına uyğunlaşdırılması mütləqdir. Hal-hazırda yuxarı sinif şagirdlərinin məktəbdən yayınmasının əsas səbəbi də budur".


Ekspert əlavə edib ki, bir çox fənlər üzrə yuxarı siniflərdə tədris olunan mövzular ümumi qəbul proqramının çox kiçik hissəsini təşkil edir:

"Məsələn, 10-11-ci sinifdə riyaziyyat fənninin sadəcə 5-10 faizi tədris olunur. Azərbaycan dili fənnində də eyni vəziyyətdir. Qalan mövzular aşağı siniflərə paylanıb. 5-ci sinifdə keçilən mövzunu 11-ci sinifdə şagird xatırlamır. Bu səbəbdən uşaqlar məktəbdən yayınır, kənar hazırlığa üz tutur".

Ramin Nurəliyev qeyd edib ki, dərsliklərin çətinliyi şagirdləri əlavə hazırlığa məcbur edir:

"5-ci sinifin dərsliyinə baxırsan ki, sinif səviyyəsinə uyğun deyil. 6-cı sinifdə də eyni vəziyyətdir. İbtidai sinif dərslikləri isə ümumiyyətlə həddindən artıq çətindir. Bu çətinliklərə görə şagirdlər əlavə dəstək almağa məcbur olur. Repetitorluğun əsas səbəbi də budur".


Onun sözlərinə görə, kurikulum sistemi tətbiq edilərkən proqramlar həddindən artıq ağırlaşdırılıb və bu da nəticədə şagirdlərin məktəbdən uzaqlaşmasına gətirib çıxarıb. Ekspert çıxış yolunu proqramların köklü şəkildə yenilənməsində görür:

"Mütləq bütün fənlər üzrə proqram sadələşdirilməlidir. Yuxarı siniflərdə isə ali məktəbə qəbul proqramına uyğunlaşdırmaq vacibdir. Əks halda, eyni problemlər davam edəcək. Həmçinin imtahan və tədris sistemi illərdir getdikcə çətinləşdirilir, lakin bu, təhsilin keyfiyyətini artırmır. Biz çətinləşdirməklə heç nə öyrətmirik, əksinə, problemləri artırırıq. Ona görə də hər bir fənn üzrə proqram yenilənməli, daha səmərəli və əlçatan edilməlidir".

R.Nurəliyev hesab edir ki, sadələşdirilmiş və uyğunlaşdırılmış proqramlar tətbiq olunsa, həm şagirdlərin məktəbə marağı artar, həm də təhsildə real nəticələr əldə edilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 Bütün Xəbərlər