Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə start verilir

Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə start verilir
12.06.2025 16:20 Elm və Təhsil

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Proqrama son müraciət tarixi 15 iyun 2025-ci il tarixi olaraq müəyyən edilib.

Dövlət Proqramına müraciət zamanı sənədlərini düzgün şəkildə təqdim edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunacaq.

Müvafiq Qaydaların tələblərinə uyğun olaraq, namizədlərə şəxsi kabinet üzərindən sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra onlara daha 3 (üç) iş günü vaxt verilərək sənədlərini düzgün şəkildə təqdim etmələri üçün imkan yaradılacaq.

Bildirilib ki, müsahibələrə 25 iyun 2025-ci il tarixindən etibarən start veriləcək. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən məlumat veriləcək.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində yekun nəticələrin iyul ayının sonunda açıqlanması nəzərdə tutulur.

XƏBƏR LENTİ
04 AVQUST 2026
İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Bütün Xəbərlər