DİM: Apellyasiya komissiyası 115 273 şagirdin 1824-nün qiymətində düzəliş edib

DİM: Apellyasiya komissiyası 115 273 şagirdin 1824-nün qiymətində düzəliş edib
21.05.2025 15:17 Elm və Təhsil

Apellyasiya Komissiyası 2 və 9 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı məlumat yayıb.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

İlk növbədə aşağıdakı cədvəldə son 3 ildə imtahan nəticələri ilə bağlı apellyasiya üçün müraciət edənlərin sayı və bu sayların bütün iştirakçıların sayı üzrə faizi təqdim edilib.

Göründüyü kimi, cari ildə apellyasiya üçün edilən müraciətlərin sayı ilə bağlı faiz göstəricisi əvvəlki illərlə müqayisədə çox deyil. Başqa sözlə, cari ildə yalnız say baxımından görünən cüzi artım əslində imtahan iştirakçılarının ümumi sayının ötən illə müqayisədə çox olması ilə bağlıdır.

Ərizələrin nisbi sayında isə əksinə nisbətən azalma var. Bundan əlavə, çox təəssüf ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində ümumilikdə müraciət sayları iştirakçıların şikayəti kimi təqdim edilir. Halbuki real mənzərə fərqlidir və aşağıdakı rəqəmlərdə də bunun şahidi olmaq mümkündür.

2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10980 şagird 31982 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Müraciətlərin 340-ı boş yazı işi (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 532-si isə tam bal ilə qiymətləndirilmiş işlərə (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) aid olub.

Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlər artıq elektron apellyasiya ərizələrinə (apelyasiya.dim.gov.az) daxil olaraq komissiyasının qərarları ilə tanış ola bilərlər.

Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

Apellyasiya komissiyası tərəfindən imtahanda iştirak edən 115273 şagirdin 1824-nün qiymətində düzəliş edilib. Bu, imtahan iştirakçılarının 1.58%-ni təşkil edir. Düzəliş edilən yazı işlərinin sayı isə 2129-dur. Bu isə hər iki imtahan üzrə birlikdə bütün yazı işlərinin cəmi 0,08%-ni təşkil edir. Bu rəqəmlər kütləvi imtahanlar üçün adi qəbul olunan statistik göstəricilərdir.

Qeyd edək ki, şagirdlər imtahanlarda 2,7 milyondan çox yazı işi yerinə yetiriblər.

Bundan əlavə, 2129 düzəlişdən 553-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 9-u şagirdin xəttinin çətin oxunması, 5 i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. 30 halda (2 mart imtahanı üzrə 22, 9 mart imtahanı üzrə 8) yazı işinə verilən bal ekspertlərin rəyi ilə endirilib.

Dəyişiklik edilən işlərlə bağlı müvafiq düzəlişlər 26-27 may 2025-ci il tarixlərində şagirdlərin imtahan nəticələri səhifəsində verilən yekun ballarında öz əksini tapacaq. Xarici dil fənləri üzrə xəttin oxunmasında ciddi çətinlik olan yazı işləri ilə bağlı müraciətlər çoxluq təşkil edir.

Belə müraciətlərdən yalnız dəqiq oxunma mümkün olan hallarda düzəliş edilib. Oxunması mümkün olmayan işlərlə bağlı hər hansı düzəliş edilməyib. Tədris dili fənləri (Azərbaycan dili və rus dili) üzrə mətnə aid tapşırıqlar cavablandırılarkən mətnə heç bir aidiyyatı olmayan məlumatların yazıldığı işlərlə bağlı müraciətlər çoxluq təşkil edir.

Tapşırığın tələbi yerinə yetirilmədiyi üçün belə yazı işlərində düzəliş edilməyib. Riyaziyyat fənni üzrə yalnız cavab yazıldığı və həll prosesinin ümumiyyətlə olmadığı və ya həllin yalnız son mərhələsinin yazıldığı və digər mərhələlərinin yazılmadığı hallara aid müraciətlər çoxdur. Əvvəlcədən məlum olduğu kimi, yazı işi tapşırıqlarında həllin bütün mərhələlərinin yazılması tələb olunduğu üçün bu tip yazı işlərində də düzəliş edilməyib.

Qeyd edək ki, bir çox müraciətçilər nəticə elan edildikdən sonra onların elektron səhifələrinə yerləşdirilən yazı işləri, qiymətləndirmə meyarları və hər tapşırıq üzrə aldıqları ballarla tanış olmadan kütləvi şəkildə birbaşa apellyasiya üçün müraciət ediblər.

Şagirdlərin nəzərinə çatdırırıq ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılıb:

- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılıb;

- Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilib;

- Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilib.

Şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

XƏBƏR LENTİ
31 IYUL 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Bütün Xəbərlər