Buraxılış imtahanından sonra niyə narazılıqlar yarandı?

Buraxılış imtahanından sonra niyə narazılıqlar yarandı?
10.03.2026 17:29 Elm və Təhsil

Martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanı ilə bağlı şagird və valideynlər arasında sualların çətin olması və imtahan zamanı şagirdlərin üzərindən bəzi əşyaların götürülməsi müzakirələrə səbəb olub.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, imtahandan sonra belə müzakirələrin aparılması təbii haldır.


Onun sözlərinə görə, demək olar ki, hər imtahandan sonra şagirdlər və valideynlər arasında suallar və narazılıqlar yaranır. Lakin imtahanın çətin və ya asan olması emosiyalar əsasında deyil, nəticələr və statistik göstəricilər əsasında qiymətləndirilməlidir:

"İmtahandan dərhal sonra şagirdlərə suallar çətin görünə bilər. Ancaq nəticələr açıqlanandan və ümumi göstəricilər təhlil ediləndən sonra sualların əslində proqram çərçivəsində və qiymətləndirmə meyarlarına uyğun hazırlandığı aydınlaşır. Əsas məqsəd şagirdin sadəcə əzbər biliyini yoxlamaq deyil, onun məntiqi düşünmə bacarığını və mövzunu nə dərəcədə anladığını müəyyən etməkdir. Bu baxımdan bəzi sualların düşündürücü və analiz tələb edən formada təqdim olunması normaldır".


Ekspert imtahan zamanı şagirdlərin üzərində olan bəzi əşyaların məsələn, salfet, saç rezini, saqqızların götürülməsi ilə bağlı narazılıqlara da münasibət bildirib. 

Onun fikrincə, bu qaydalar imtahan prosesinin şəffaf və təhlükəsiz keçirilməsi üçün tətbiq olunur:

"İmtahan zamanı əlavə vasitə və ya predmetlərin saxlanılması bəzən texniki və nəzarət baxımından risk yarada bilər. Bu səbəbdən nəzarətçilər əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq bəzi əşyaların auditoriyaya aparılmasına məhdudiyyət qoya bilirlər".

Əmrah Həsənli vurğulayıb ki, qaydalar tətbiq edilərkən şagirdlərin psixoloji rahatlığı da nəzərə alınmalıdır:

"İmtahan prosesi həm akademik, həm də psixoloji baxımdan balanslı təşkil edilməlidir. Şagird imtahana daxil olarkən özünü stress altında deyil, ədalətli qiymətləndirmə mühitində hiss etməlidir. Eyni zamanda qaydalar hamı üçün bərabər və şəffaf şəkildə tətbiq olunmalıdır ki, imtahan nəticələrinə cəmiyyətin etimadı qorunsun", - deyə o, fikrini tamamlayıb.


Qeyd edək ki, imtahan  suallarının çətinliyi ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) açıqlama verib. Bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər