ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər

ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər
22.05.2025 15:13 Elm və Təhsil

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri 12–16 may tarixlərində ABŞ-yə işgüzar səfər ediblər.

TodayPress TV xəbər verir ki, səfər ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb.   

Nümayəndə heyətinin üzvləri ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovadan ibarət olub.   

Səfər çərçivəsində nümayəndələr “GWU”nun Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak da daxil olmaqla tərəfdaş universitetin akademik heyəti ilə bir sıra görüşlər keçiriblər.

Tərəflər birgə proqramların hazırkı vəziyyəti, tədris keyfiyyəti və davamlılığı, eləcə də tələbə qəbulu və akademik heyətin potensialının gücləndirilməsi istiqamətində planları müzakirə ediblər.   

Həmçinin Rəhbər Komitə üzvləri Azərbaycanın ABŞ-dəki səfirliyində səfir Xəzər İbrahimlə görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələri, innovasiya və bilik mübadiləsini inkişaf etdirəcək mümkün istiqamətlər və mexanizmlər müzakirə olunub.   

Rəhbər Komitə üzvləri eyni zamanda "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.   

Səfər nümayəndə heyətinin "GWU"da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb. 

Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələrinin də məzun olduğu mərasimdə dekan Abzatdin Adamov "GWU"nun müəllim heyəti ilə birlikdə səhnədə yer alaraq tələbələri təbrik edib.   

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. 

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 100-dən çox tələbədən 83-ü artıq təhsil müddətini tamamlayaraq məzun olublar.

Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün"GWU" ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib.

Sözügedən proqram üzrə tələbə qəbulu 2025-ci ildən həyata keçiriləcək.

FOTOLAR

ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 1
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 2
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 3
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Bütün Xəbərlər