SOCAR 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı

SOCAR 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı
08.07.2025 14:01

SOCAR-ın 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində 2024-cü ili müsbət nəticələrlə başa vurub.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, bu barədə şirkətin 2024-cü il üzrə açıqlanan maliyyə göstəricilərində deyilir.

Məlumata görə, 2024-cü il qlobal neft və qaz bazarları geosiyasi gərginliklər, dəyişən tələblər, ənənəvi və bərpaolunan enerji sektorlarına əhəmiyyətli investisiyaların təsiri ilə nəzərəçarpacaq dalğalanmalarla müşahidə olunub.

2024-cü il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də və STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, “SARB”, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib.

Bildirilib ki, uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində SOCAR-ın ümumi aktivlərinin həcmi 31,6 % genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6%-lik artımla 48,7 milyard manata yüksəlib.

SOCAR-ın kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard manat kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub. Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb. Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit öhdəlikləri (milyard manatla) və Borc/EBITDA göstəricisi ilə bağlı məlumat təqdim olunur.

SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.

Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit və uzunmüddətli borc öhdəlikləri ilə bağlı məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

FOTOLAR

SOCAR 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı — 1
SOCAR 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər