Rusiya ilə münasibətlərdə gərginlik: Hansı məhsullar bahalaşacaq? – AÇIQLAMA

Rusiya ilə münasibətlərdə gərginlik: Hansı məhsullar bahalaşacaq? – AÇIQLAMA
02.07.2025 14:57

“Azərbaycan və Rusiya arasında illərdir davam edən iqtisadi-siyasi münasibətlər zaman-zaman gərginləşsə də, iki ölkə arasında ticarət əlaqələri hələ ki, sabitliyini qoruyur”.

İqtisadçı Günay Hüseynova bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasi münasibətlərdəki dəyişikliklər ilk növbədə iqtisadiyyata təsir edir. 

“Hazırda əsasən Rusiya və Qazaxıstandan buğda və un idxal edirik. Əvəzində isə meyvə, tərəvəz, konservləşdirilmiş məhsullar və meyvə şirələrini Rusiya bazarına ixrac edirik. İkitərəfli münasibətlərin sabit qalması həmin məhsulların güzəştli şərtlərlə alınmasına və daxildə münasib qiymətə satılmasına imkan yaradır. Lakin Rusiya iqtisadiyyatına sanksiyalar tətbiq olunarsa, bu, Azərbaycanda idxal olunan məhsulların qiymətinə təsir göstərə bilər”.

Ekspert çörək və un kimi əsas ərzaq məhsullarının qiymətində yaxın zamanda artım gözlənilmədiyini də vurğulayıb:    

“Çörək və un zəruri ehtiyac məhsullarıdır. Dövlətin həm büdcəsi, həm də neft gəlirləri var. Ehtiyat anbarlarımızda da kifayət qədər məhsul var. Ona görə də bu sahədə narahatlığa əsas yoxdur. Boru, plastik və inşaat mallarının qiymətində artım müşahidə olunsa da, Azərbaycan bu məhsullar üzrə alternativ idxal mənbələrinə malikdir. Həmin sahə rəqabət qabiliyyətli deyil və qiymət artımını əsasən süni şəkildə işbazlar yaradır”.

İqtisadçının fikrincə, sanksiyalar və gömrük məhdudiyyətləri fonunda müəyyən məhsullarda qiymət ucuzlaşması da mümkündür. Belə halda həmin məhsulların daxili bazara yönləndirilməsi ilə pomidor kimi bəzi kənd təsərrüfatı məhsullarında ucuzlaşma yarana bilər.

Günay Hüseynova qeyd edib ki, bunlar qısa müddətli proqnozlardır və rublun dəyərindəki dəyişikliklər, geosiyasi gərginliklər kimi faktorlar proseslərə təsir göstərə bilər.

“2024-cü ildə Azərbaycan ilə Rusiya arasında 4,8 milyard ABŞ dolları dəyərində ticarət dövriyyəsi qeydə alınıb. Bunun 3,6 milyard dolları idxalın, 1,2 milyard dolları isə ixracın payına düşüb. İki ölkə arasında ticarət saldosu mənfi 2,4 milyard dollar təşkil edib”, - deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı vəhşicəsinə öldürülüb, bir neçə nəfər saxlanılıb. Bundan sonra Bakı və Moskva arasında münasibətlər gərginləşib və hələ də gərgin olaraq qalır. 

Türkan İsgəndərli

FOTOLAR

Rusiya ilə münasibətlərdə gərginlik: Hansı məhsullar bahalaşacaq? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Bütün Xəbərlər