Qlobal fond bazarlarında eniş müşahidə edildi

Qlobal fond bazarlarında eniş müşahidə edildi
13.02.2026 11:18

Qlobal fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə edilib.

TodayPress TV xəbər verir ki, fevralın 12-də ABŞ fond bazarlarında əsas indekslər mənfi dinamika nümayiş etdirib.

Dow Jones indeksi 1,34% azalaraq 49 451,98 bəndə enib, S&P 500 indeksi 1,57% geriləyərək 6 832,76 bənd təşkil edib, Nasdaq Composite isə 2,03% azalaraq 22 597,15 bəndə düşüb.

Avropada bazarlar əsasən sabitlik fonunda qarışıq dinamika ilə seçilib. Euro Stoxx 50 indeksi 0,40% azalaraq 6 011,29 bənd olub, FTSE 100 indeksi 0,67% geriləyərək 10 402,44 bəndə enib, Almaniyanın DAX indeksi isə 0,01% azalaraq 24 852,69 bənd təşkil edib.

Bununla belə, Fransanın CAC 40 indeksi isə 0,33% artaraq 8 340,56 bəndə yüksəlib.

Asiya-Sakit okean regionunda da indekslər əsasən mənfi zonada bağlanıb. Nikkei 225 indeksi 0,86% azalaraq 57 141,48 bənd olub, Hang Seng indeksi 2,03% geriləyərək 26 483,73 bəndə düşüb, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1,39% azalaraq 8 917,60 bənd təşkil edib.

Analitiklər bazarlardakı enişi investorların riskdən yayınması, ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilərin sərtləşməsi və texnologiya sektorunda satışların artması ilə izah edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər