OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu

OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu
19.06.2025 18:29

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi İnzibatçılığı Forumu (FTA) arasında ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olunub.

TodayPress TV bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli FTA-nın ƏDV və vergi inzibatçılığı şöbəsinin rəhbəri Klauda Vargas ilə görüş keçirib. Görüşdə tərəflər vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə təcrübələrinin paylaşılması və yeni texnoloji yanaşmaların tətbiqi imkanlarını müzakirə ediblər.

O.Nəzərli Azərbaycanın vergi sistemində həyata keçirilən rəqəmsal transformasiya, vergi şəffaflığının artırılması və riskə əsaslanan yanaşmaların tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

K.Vargas OECD-nin Vergi İnzibatçılığı Forumu çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini vurğulayıb. O, ƏDV inzibatçılığı ilə bağlı OECD-nin tövsiyələri və yeni təşəbbüsləri barədə məlumat verib.

Tərəflər beynəlxalq səviyyədə vergi şəffaflığı və məlumat mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

FOTOLAR

OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu — 1
OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu — 2
OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu — 3
OECD-lə ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi müzakirə olundu — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər