Mikayıl Cabbarov sədr təyin olundu

Mikayıl Cabbarov sədr təyin olundu
22.05.2025 18:02

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. 

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib. 

Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.

İİB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq.  M.Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib.

O, qeyd edib ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir.

Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. 

Nazir vurğulayıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard dollar olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub. 

Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək. 

Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir. 

1973-cü ildə yaradılmış İİB-nin baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən İİB Qrupu Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə Bankın üzvüdür. Azərbaycan 1992-ci ildən Banka üzv olub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər