KOBİA-nın təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparıldı

KOBİA-nın təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparıldı
19.06.2025 18:23

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin Knkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparılıb.

Bu barədə TodayPress TV-yə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətləri üzrə daxili bazar araşdırmaları aparılıb.

KOBİA təşəbbüsü ilə aparılmış bazar araşdırmalarında sektorun inkişafı, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə ətraflı məlumatlar verilib. Bu isə müvafiq sahələrdə öz biznesini qurmaq və ya fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün vacibdir.

Müvafiq bazar araşdırmaları ilə sahibkarlar KOBİA-nın www.smb.gov.az saytından tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulub.

Sahibkarların müraciətləri və onların ehtiyacları nəzərə alınmaqla Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazar araşdırmaları aparılır.

İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 33 olmaqla ümumilikdə 61 daxili bazar araşdırması həyata keçirilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər