“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
10.12.2025 11:11

Texniki Komitənin fəaliyyəti istehlakçıların seçim imkanlarını yaxşılaşdırmağa, bu sahədə standartların hazırlanması prosesində bütün maraqlı tərəflərin fəal iştirakını təmin etməyə, məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizliyi barədə məlumat əlçatanlığını artırmağa töhfə verəcək.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İstehlakçı siyasəti” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 53) təsis edilib.

Texniki Komitənin yaradılmasında əsas məqsəd istehlakçılara mal və xidmət seçimində əlverişli şərait yaratmaq, bu sahədə beynəlxalq və dövlət standartlarının hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etmək, istehlakçıların gözləntilərini və bazarın tələblərini nəzərə almaq, mal və xidmətlərin keyfiyyəti və təhlükəsizliyi haqqında dəqiq informasiya əldə olunmasını təmin etməkdir. 

Texniki Komitədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bilavasitə fəaliyyət göstərən 8 dövlət qurumu, eləcə də ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 ictimai birlik təmsil olunur.

Sözügedən Komitənin ilk iclasında Agentliklə yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azad İstehlakçılar” İctimai Birliyi, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi, Azərbaycan Keyfiyyət Assosiasiyası, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası və Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Texniki Komitəyə sədrlik edən Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı iclasda Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq işlənib hazırlanmış AZS ISO/IEC GUIDE 14:2025 — “Məhsullar və əlaqəli xidmətlər — İstehlakçılar üçün məlumatlar”, AZS ISO/IEC GUIDE 76:2025 — “Xidmət standartlarının işlənib hazırlanması — İstehlakçı problemlərinin nəzərə alınması üzrə tövsiyələr” və AZS ISO/IEC GUIDE 41:2025 — “Qablaşdırma — İstehlakçı ehtiyaclarının nəzərə alınması üzrə tövsiyələr” standart layihələrinin mahiyyəti barədə danışıb, onların milli səviyyədə tətbiqinin istehlakçılara dəqiq məlumatların təqdim edilməsinə, xidmət keyfiyyətinin artırılmasına, eləcə də məhsulların qablaşdırılması zamanı təhlükəsizliyin gücləndirilməsinə və ümumilikdə ölkədə istehlakçı hüquqlarının müdafiəsinin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə verəcəyi töhfələri diqqətə çatdırıb.

İclas çərçivəsində Texniki Komitənin fəaliyyət planı üzrə nəzərdə tutulan standart layihələri, bu sahədə mövcud olan beynəlxalq standartlar əsasında qabaqcıl dövlət standartlarının işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.

Sonda Texniki Komitə üzvlərinin layihələrlə bağlı təklifləri dinlənilib, müzakirəyə çıxarılmış üç standart layihəsinə dair qeyd olunan rəylər nəzərə alınmaqla təkmilləşdirilməsi və təsdiq üçün təqdim olunması qərara alınıb.

TodayPress TV

FOTOLAR

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradıldı — 1
“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradıldı — 2
“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradıldı — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər