DVX-də I yarımildə 466 cinayət işi başlanılıb

DVX-də I yarımildə 466 cinayət işi başlanılıb
21.07.2025 12:27

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 466 cinayət işi başlanılıb.

TodayPress TV quruma istinadən xəbər verir ki, bunlar, vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə olub.

Hesabat dövründə 90 cinayət işinin icraatına xitam verilib, 86 nəfər barəsində 76 cinayət işi ittiham aktı təsdiq edilməsi məsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 3 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə 23 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri və materiallar üzrə isə dövlət büdcəsinə ümumilikdə 15,9 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

Yanvar-iyun aylarında müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 44 vergi ödəyicisində 104 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 555,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 126 nəfər işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1 milyon manat vəsait ödətdirilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Bütün Xəbərlər