DVX 868 şəxsə ƏDV-ni geri qaytarmaqdan imtina etdi

DVX 868 şəxsə ƏDV-ni geri qaytarmaqdan imtina etdi
07.07.2025 12:06

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə "ƏDV geri al" layihəsi çərçivəsində 2 665 müraciət daxil olub.

TodayPress TV quruma istinadən xəbər verir ki, bundan 1 768 müraciət üzrə 14,8 milyon manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən baxılmaqdan imtina edilib.

Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

Hesabat dövründə müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Dövlət Vergi Xidməti belə halları bir daha vətəndaşların diqqətini çatdırıb:

- son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;

- ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;

- ödənişin tam və yaxud bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən tibarnamənin olmaması;

- Ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.

Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər