BTC-nin qiyməti 74 min dolları ötdü

BTC-nin qiyməti 74 min dolları ötdü
17.03.2026 10:50

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin dəyəri artmaqda davam edib.

TodayPress TV CoinMarketCap istinadən xəbər verir ki, bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in (BTC) qiyməti son 24 saatda 0,43% artaraq 74 126,37 dollara çatıb.

Son 7 gündə isə BTC-nin qiyməti 5,62% yüksəlib, bazar dəyəri 1,48 trilyon dollar səviyyəsində qərarlaşıb.

Etherium (ETH) üzrə isə daha yüksək artım müşahidə olunub. Son 24 saatda ETH-nin qiyməti 1,94% artaraq 2 307,28 dollara yüksəlib. Həftəlik ifadədə artım 12,66% təşkil edib.

İlk onluqda yer alan digər aktivlər arasında BNB-nin qiyməti son sutkada 1,33% azalıb və 674,47 dollar olub. "Bitcoin Cash" 0,39%, "Monero" isə 2,64% bahalaşıb.

Qızıl dəstəkli rəqəmsal aktivlərdə isə zəif dəyişiklik qeydə alınıb. PAX Gold-un qiyməti 0,36% artaraq 5 022,30 dollara, Tether Gold-un qiyməti isə 0,31% artaraq 4 993,91 dollara yüksəlib.

Daha yüksək həftəlik artım göstərən aktivlər arasında Bittensor diqqət çəkib. TAO-nun qiyməti son 7 gündə 42,18%, Zcash-ın qiyməti isə 20,41% artıb.

Analitiklərə görə, bazarda sutkalıq artım əsasən risk iştahasının qismən bərpası, qlobal maliyyə bazarlarında sabitləşmə siqnalları və institusional investor marağının yenidən artması ilə bağlıdır. Eyni zamanda, bəzi altkoinlərdə geriləmə mənfəət realizasiyası və investorların portfel balanslaşdırması ilə izah olunur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər