"Bitcoin"in qiyməti 65 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 65 min dollardan aşağı endi
23.02.2026 10:18

Kriptovalyuta bazarında eniş dərinləşir, “qorxu” indeksi 14 bəndə düşüb.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, kriptovalyuta bazarında satış təzyiqi davam edir. Məlumata görə, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 4,33% azalaraq 2,23 trilyon ABŞ dollarına enib.

Bazarın aparıcı aktivi olan "Bitcoin"in qiyməti 4,61% azalaraq 64 849 ABŞ dollarına düşüb. Ethereum isə 5,72% dəyər itirərək 1 860 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Digər əsas altkoinlərdə də eniş qeydə alınıb. BNB 5,40% azalma ilə 587 ABŞ dollarına, Bitcoin Cash 5,04% azalma ilə 539 ABŞ dollarına, Monero 4,11% azalma ilə 310 ABŞ dollarına, Zcash 6,96% azalma ilə 238 ABŞ dollarına, Bittensor (TAO) 7,07% azalma ilə 165 ABŞ dollarına enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi də 4,91% azalaraq 133,15 bənd təşkil edib.

Eyni zamanda, investor əhval-ruhiyyəsini ölçən Fear & Greed (Qorxu və Risk iştahı) indeksi 14 bənd səviyyəsində qərarlaşıb ki, bu da bazarda kəskin “qorxu” mərhələsinin davam etdiyini göstərir.

Bununla yanaşı, qızıl ilə təmin olunan tokenlərdə artım müşahidə olunur. PAX Gold (PAXG) və Tether Gold (XAUt) müvafiq olaraq 0,96% və 0,99% artım nümayiş etdirib. Bu dinamika investorların riskli aktivlərdən çıxaraq daha sabit alətlərə yönəldiyini göstərir.

Analitiklər hesab edir ki, hazırkı eniş fonunda bazarda qısa müddətli volatillik yüksək olaraq qalacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər