Bitcoin ucuzlaşdı

Bitcoin ucuzlaşdı
04.02.2026 11:23

Kriptovalyuta bazarında son sutka ərzində əsas koinlər dəyər itirib.

TodayPress TV "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 2,64% azalaraq 76 427 ABŞ dollarına enib.

Aktivin bazar kapitallaşması 1,53 trln ABŞ dolları, sutkalıq ticarət həcmi isə 67,7 mlrd. ABŞ dolları təşkil edib.

Ethereum isə sutka ərzində 2,18% ucuzlaşaraq 2 276 ABŞ dollarına düşüb. Aktivin bazar kapitallaşması 274,8 mlrd. ABŞ dolları, ticarət həcmi isə 46,9 mlrd. ABŞ dolları səviyyəsində olub.

Digər iri kriptovalyutalar üzrə də eniş müşahidə edilib. BNB-nin qiyməti 2,37% azalaraq 757 ABŞ dollarına, XRP isə 1,33% enərək 1,59 ABŞ dollarına düşüb. "Solana"nın qiymətində daha kəskin geriləmə qeydə alınıb – aktiv 5,71% ucuzlaşaraq 98 ABŞ dollarına enib.

Analitiklərin fikrincə, bazardakı enişə bir neçə əsas amil təsir göstərib. Belə ki, ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi, ABŞ-da pul-kredit siyasətinin daha uzun müddət sərt qalacağına dair gözləntilər, eləcə də Yaxın Şərq ətrafında artan geosiyasi gərginliklər investorların riskli aktivlərdən, o cümlədən kriptovalyutalardan çıxışını sürətləndirib. Bununla yanaşı, əvvəlki yüksəliş mərhələsində açılmış leverage mövqelərin bağlanması satış təzyiqini daha da artırıb.

Eyni zamanda, USDT və USDC kimi stabilkoinlərin qiymətlərinin demək olar dəyişməməsi bazardan kapital axınının tam xarakter almadığını, investorların əsasən gözləmə mövqeyi tutduğunu göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər