Benzin ixracı sülhə necə töhfə verir? — ŞƏRH

Benzin ixracı sülhə necə töhfə verir? — ŞƏRH
27.01.2026 10:10

“Azərbaycanın Ermənistana benzin ixracı sırf iqtisadi addım deyil”.

İqtisadçı Eldəniz Əmirov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


Onun sözlərinə görə, Azərbaycandan ixrac edilən benzin Ermənistan iqtisadiyyatı üçün mühüm faktora çevrilib və bu proses bazarda mövcud olan inhisarçılığın zəiflədilməsinə təsir göstərib:

“Ən azı, uzun müddət inhisarçılığın hökm sürdüyü bir sahədə antimonopoliya siyasətinin gücləndiyini müşahidə edirik. Bu, Ermənistan iqtisadiyyatı üçün çox önəmli faktordur”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanın bu addımdan əldə etdiyi fayda yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır və prosesin siyasi çəkisi daha ağırdır:

“Burada iqtisadi dividendlərdən daha çox siyasi fayda ön plana çıxır. Azərbaycan sülh gündəliyinə yüksək səviyyədə sadiq qalır, qarşısına qoyduğu öhdəlikləri və qarşı tərəf qarşısında götürdüyü məsuliyyətləri yüksək səviyyədə icra edir. Nəticə etibarilə sülhə doğru daha ciddi və konkret addımlar atılır”. 

Eldəniz Əmirov qeyd edib ki, bu yanaşma iki ölkə arasındakı münasibətlərin normallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır və prosesi yalnız iqtisadi maraq prizmasından dəyərləndirmək doğru deyil: 

“Bu məsələni təkcə benzin ixracı hesabına iqtisadi qazanc əldə etmək kimi qiymətləndirmək olmaz. Azərbaycanın enerji resurslarını idxal etmək istəyən ölkələrin sayı kifayət qədərdir. Eyni zamanda ölkə daxilində də Aİ-95 markalı benzinə ciddi tələbat mövcuddur”.  

Sonda iqtisadçı bildirib ki, sözügedən addım iqtisadi alətlərin siyasi proseslərin müsbət istiqamətdə inkişafına xidmət etməsinin bariz nümunəsidir: 

“Bu, dövlət səviyyəsində müəyyən edilmiş strategiyanın məqsədyönlü və düzgün icrasıdır. İqtisadi faktorlar siyasi konspektlərin yüksələn xətlə davam etməsinə xidmət edir və bu yanaşma strateji baxımdan düzgün icra edilir”.

Qeyd edək ki, ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib, Ermənistandan Azərbaycana ixrac isə həyata keçirilməyib. 

Belə ki, dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. 

Bu il isə yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib. 

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər