“Bank of Baku”nun faiz gəlirləri kəskin azaldı, xərcləri isə artdı

“Bank of Baku”nun faiz gəlirləri kəskin azaldı, xərcləri isə artdı
15.07.2025 13:28

2025-ci ilin I yarısında “Bank of Baku”nun banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 97.25% azalıb.

TodayPress TV maliyyə qurumunun hesabatına istinadən xəbər verir ki, bankın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də azalıb – ötən ilin eyni dövründə 2 milyon 218,31 min manat olan bu göstərici 2025-ci ilin birinci yarısında 1 milyon 580,34 min manat təşkil edib.

“Bank of Baku“nun ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində də azalma qeydə alınıb. Ötən ilin müvafiq dövründə 2 milyon 357.51 min manat olan faiz gəlirləri cari ildə 2 milyon 8.96 min manata qədər azalıb.

Faiz gəlirlərinin azalmasına baxmayaraq, bankın demək olar ki, bütün istiqamətlər üzrə faiz xərclərində artım qeydə alınıb.

Qeyri-faiz gəlirlərinə daxil olan xarici valyutada əməliyyatlardan bank 619,57 min manat zərərə düşüb. Qiymətli kağızların satışı və yenidən qiymətləndirilməsi nəticəsində isə bankda 52,48 min manatlıq zərər yaranıb.

Bundan başqa, bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri - borcu artaraq 124 milyon 425,58 min manatdan 157 milyon 146,41 min manata yüksəlib. Nəticədə bank hesabat dövründə 844,9 milyon manat faiz ödənişi edib. Kreditlər üzrə faiz ödənişlərin 100 milyon manata yaxın artıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər