Bakı-Tbilisi-Ceyhan kəməri ilə 613 milyon ton neft nəql olunub

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 613 milyon ton neft nəql olunub
06.11.2025 13:32

Cari ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz (və ya 7 milyon dollar) azalma və 1,8 dəfə (və ya 22 milyon dollar) artım deməkdir.

TodayPress TV bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilib (5,1 faiz artım) və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat (13,6 faiz azalma) Ceyhan terminalında 216 tankerə yüklənib və yola salınıb.

“BTC Ko.”nun səhmdarları: bp (30,1 faiz), SOCAR (32,97 faiz), MOL (8,9 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “TotalEnergies” (5 faiz) İTOÇU (3,4 faiz), ONGC Videş (3,1 faiz), “EksonMobil” (2,5 faiz) və İNPEKS (2,5 faiz) şirkətləridir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər