Azərbaycanda kompüter istehsalı artdı

Azərbaycanda kompüter istehsalı artdı
13.12.2025 07:21

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının istehsalı üzrə ümumilikdə 281.7 milyon manatlıq məhsul istehsal edilib.

TodayPress TV xəbər verir ki, hesabat dövründə elektrik avadanlıqlarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.2 faiz azalıb. Bunun əksinə olaraq, kompüter, elektron və optik məhsulların istehsalında 49.9 faiz artım qeydə alınıb. Belə ki, notbukların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14.9 dəfə artaraq 25 min 475 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı 34.8 faiz artım göstərərək 2 884 ədəd təşkil edib. Ölçmə cihazlarının istehsalı 4.4 faiz artaraq 438.2 min ədəd olub.

Elektrik avadanlıqlarının istehsalı sahəsində isə azalma qeydə alınıb. Güc transformatorlarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73.9 faiz azalaraq 251 ədəd təşkil edib. Elektrik tənzimləyici cihazların istehsalı 16.5 faiz azalaraq 3 min 978 ədəd olub.

Elektrik naqillərinin istehsalı 16.9 faiz artaraq 11 min 513 ton təşkil edib. Məişət soyuducuları və dondurucularının istehsalı isə 18 faiz artım göstərərək 936 ədədə yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər