Azərbaycana idxal edilən düyü 10%-ə yaxın ucuzlaşdı

Azərbaycana idxal edilən düyü 10%-ə yaxın ucuzlaşdı
19.08.2025 12:50

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 33 milyon 585 min dollar dəyərində 35 min 544 ton düyü idxal edilib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 26.9% və ya 12.3 milyon ABŞ dolları, həcm baxımından isə 19.1% və ya 8419 ton azalıb.

Ötən ilin yanvar-iyul aylarında Azərbaycana 45 milyon 916 min dollar dəyərində 43 min 963 ton düyü idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana əsasən Hindistandan, Pakistandan və Qazaxıstandan idxal edilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 9.6% azalaraq 1.61 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk yeddi ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,43%-nə bərabər olub.

XƏBƏR LENTİ
21 IYUN 2026
Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Bütün Xəbərlər