Azərbaycan və Monteneqro müzakirələr apardı

Azərbaycan və Monteneqro müzakirələr apardı
18.07.2025 18:03

Azərbaycan və Monteneqro arasında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

TodayPress TV İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, müzakirrlər Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfəri çərçivəsində aparılıb.

Nümayəndə heyətinə AZPROMO, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu, eləcə də turizm, İKT, kənd təsərrüfatı, tikinti və ticarət sahələrindən 5 şirkət daxil olub.

Səfər çərçivəsində bir sıra görüşlərdə iştirak olunub, birgə layihələrin həyata keçirilməsi, ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi, o cümlədən turizm sahəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivləri dəyərləndirilib.

Azərbaycan sahibkarlarının iştirakı ilə keçirilən görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Monteneqronun turizm naziri Simonida Kordiç, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı Nazirliyinin baş memarı Miryana Curisiç və Monteneqronun İnvestisiya Agentliyinin icraçı direktorunun dövlət-özəl tərəfdaşlığı üzrə müavini Merlina Toşiç Şahmanoviç ölkələr arasında ikitərəfli investisiya, xüsusilə turizm və hotel biznesi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.Tədbirdə həmçinin “Sea Breeze” layihəsinin Azərbaycanda investorlar üçün yaratdığı imkanlara, eləcə də Monteneqronun sərmayə mühitinə dair təqdimatlar nümayiş olunub.

Monteneqronun İnvestisiya Agentliyi ilə görüş keçirilib. Görüşdə Y.Abdullayev və Monteneqronun İnvestisiya Agentliyinin direktoru Snejana Duroviç investisiyaların təşviqi və hər iki ölkənin investorlarının hüquqlarının qorunması məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin agentliklər arasında gələcək əməkdaşlığın hüquqi əsaslarının müəyyən edilməsi üçün bu il keçirilməsi nəzərdə tutulan I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Anlaşma Memorandumu imzalanması barədə razılıq əldə ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Monteneqronun müxtəlif turizm məkanlarına – Lovçen milli parkı, “Portonovi”, Kotor, Perast və Kolaşin kurortlarına baxış keçirib, regionda yaradılan infrastruktur və işgüzar mühitlə yerində tanış olub. “Portonovi” layihəsi ilə tanışlıq zamanı, layihənin rəhbəri Mehmet Balcık kompleks haqqında məlumat verib, Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğu və bu tendensiyanın davamı olaraq ölkəmizin Monteneqroda uğurlu investisiya fəaliyyəti vurğulanıb. Kotor kanat yolunun baş icraçı direktoru Marko Kas ilə keçirilən görüşdə tərəflər Azərbaycanda, xüsusilə Qarabağ regionunda turizm və nəqliyyat məqsədlərinə xidmət edən oxşar infrastruktur layihələrinin birgə reallaşdırılması imkanları barədə fikirlərini bölüşüblər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan əlverişli biznes iqliminin Monteneqrodan olan investorlarda maraq doğurduğu bildirilib. Kotor kanat yolunun uğurunu nəzərə alaraq, Marko Kas I Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub və ona səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bu cür təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirmək məqsədilə müvafiq ərazilərə baxışın keçirilməsi təklif olunub.

Bundan əlavə, nümayəndə heyəti Kolaşin dağ-xizək kompleksində qurulan infrastruktur və turistlər üçün yaradılan şəraitlə tanış olub. Görüş zamanı bu kimi istirahət məkanlarına investorların cəlb edilməsi, o cümlədən Azərbaycanda analoji layihələrə sərmayələrin yönəldilməsi imkanları müzakirə olunub. Dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi, investorlar üçün cəlbedici şərtlərin yaradılması və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın mümkün formaları barədə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
21 IYUN 2026
İran və ABŞ uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq barədə razılığa gəldilər 17:04 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Bütün Xəbərlər