AİBNDA: Dövlət əyar nəzarəti üçün növbəti addım atıldı

AİBNDA: Dövlət əyar nəzarəti üçün növbəti addım atıldı
06.05.2026 10:48

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb.

TodayPress TV xəbər verir ki, bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.

Laboratoriyada göstərilən xidmətlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalçıları, istehsalçıları və istehlakçılarının hüquqlarının qorunmasına, habelə dövlət maraqlarının müdafiəsinə xidmət edir.

İstehsalçılar, idxalçılar, satıcılar, istehlakçılar və digər maraqlı tərəflər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatların qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün Agentliyin tabeliyindəki İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 271

Tel: (+994 12) 493 47 83 (3189); Mobil: (+994 50) 340 61 31

E-poçt: [email protected]

Rəsmi internet səhifəsi: www.ekspertiza.az

Qeyd edək ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni laboratoriyaların qurulması sahəsində Agentlik tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.

TodayPress TV

FOTOLAR

AİBNDA: Dövlət əyar nəzarəti üçün növbəti addım atıldı — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər