ADIF UNEC-də təlim keçdi

ADIF UNEC-də təlim keçdi
13.06.2025 12:15

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün maliyyə savadlılığının artırılması məqsədilə “Əmanətlərin sığortalanması sistemi: Hüquqi baxış, risklər və böhran zamanı kommunikasiya” mövzusunda əsas hədəf qruplardan olan tələbələr üçün təlimlər keçirib.

TodayPress TV bu barədə ADIF-ə istinadən xəbər verir.

Təlimdə UNEC-in Maliyyə və mühasibat fakultəsinin dekanı (i.e.n) dosent Hafis Hacıyev, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, Fondun sosial media meneceri Nərmin Cahangirova, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli və Hüquq departamentinin hüquqşünası Qafar Qənbərli iştirak ediblər.

Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk-əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndiriblər. Təlimin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilib.

Qeyd edək ki, ADİF maliyyə savadlılığının artırılması məqsədilə tələbə-gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri il ərzində davam etdirəcək.

FOTOLAR

ADIF UNEC-də təlim keçdi — 1
ADIF UNEC-də təlim keçdi — 2
ADIF UNEC-də təlim keçdi — 3
ADIF UNEC-də təlim keçdi — 4
ADIF UNEC-də təlim keçdi — 5
ADIF UNEC-də təlim keçdi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər