2025-ci il ərzində 148.678 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2025-ci il ərzində 148.678 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
23.06.2025 11:49

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 148.678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

TodayPress TV xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 24.947-si (16,8%) ilkin, 123.731-i (83,2%) isə təkrar qeydiyyatın payına düşür.

2025-ci ilin ilk beş ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 26.019, mənzil – 35.630, torpaq sahəsi – 81.642, qeyri-yaşayış binası – 1.237, qeyri-yaşayış sahəsi – 3.794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38.859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür. 

Bu ilin yanvar-may ayları ərzində 105.328 texniki pasport tərtib edilib, 24.599 ipoteka müqaviləsi qeydiyyata alınıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 Bütün Xəbərlər