Zelenski: "Trampla söhbətdə ərazi məsələləri müzakirə olundu"

Zelenski: "Trampla söhbətdə ərazi məsələləri müzakirə olundu"
13.08.2025 20:10 Dünya

ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı Ukrayna əraziləri ilə bağlı məsələlər müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”, - o bildirib.

Eyni zamanda, Zelenski bir daha qeyd edib ki, Ukrayna Konstitusiyası onun ərazi bütövlüyünün pozulmasına imkan vermir. “Nə qədər ki, dövlətin konstitusiyası dəyişməz qalıb, mənim başqa mövqeyim ola bilməz”, - o əlavə edib.

Almaniya kansleri Fridrix Merts isə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları ilə bağlı Avropanın mövqeyini açıqlayıb.

O, Kiyev və onun Aİ və NATO tərəfdaşları tərəfindən razılaşdırılan əsas prinsipləri açıqlayıb: “Sonrakı görüşlər olarsa, Ukrayna danışıqlar masasında olmalıdır; danışıqlar düzgün qaydada aparılmalıdır – atəşkəs ilkin mərhələdə olmalıdır; Ukrayna ərazi məsələləri üzrə danışıqlara hazırdır, lakin Rusiyanın işğal etdiyi ərazilərin hüquqi cəhətdən tanınması müzakirə belə edirmir; Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır”.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər