Zelenski: "Rusiya zərbələri diplomatiyadan üstün tutur"

Zelenski: "Rusiya  zərbələri  diplomatiyadan üstün tutur"
22.02.2026 15:13 Dünya

Moskva diplomatiyanı deyil, zərbələri maliyyələşdirməyə davam edir.

TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu haqda öz "Teleqram" kanalında yazıb.

"Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir. Ukraynaya təxminən 300 zərbə dronu və 50 müxtəlif tipli raket atılıb.

Kiyev və bölgəyə, Dnepr vilayətinə, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı vilayətlərinə zərbələr endirilib. Təəssüf ki, Fastov rayonunda zərbə nəticəsində bir nəfər həlak olub, bir uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb. Zərbənin əsas hədəfi energetika olub, həmçinin yaşayış binalarına ziyan dəyib, dəmir yolunda zədələnmələr var", - o, deyib.

Zelenski bir daha Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, Rusiya yalnız bir həftə ərzində ölkə ərazisinə 1300-dən çox zərbə PUA-sı, 1400-dən çox aviasiya bombası və 96 raketlə hücum edib.

"Məhz buna görə biz HHM-i gücləndirməliyik. Ballistikaya qarşı effektiv işləyən sistemlər lazımdır. PURL vasitəsilə HHM raketlərinin alınmasında və öz tədarükləri ilə bizə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm. Hər bir belə raket kritik infrastrukturu qoruyur və həyatın normallığını saxlayır", - Ukrayna Prezidenti vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bütün Xəbərlər