Zaxarova Xəzəryanı ölkələrlə bağlı iclas keçirməyi təklif etdi

Zaxarova Xəzəryanı ölkələrlə bağlı iclas keçirməyi təklif etdi
22.08.2025 14:03 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan – xarici siyasət qurumlarının informasiya sahəsinə cavabdeh rəhbərlərinin görüşünün təşkilini təklif edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, o, bu barədə Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində məlumat verib.

“Düşünürəm ki, Xəzər formatında informasiya işi ilə məşğul olan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü barədə düşünmək olar. Qarşıda duran ümumi vəzifələri nəzərə alaraq, əminəm ki, bir çox həmkarlarımız bizi dəstəkləyəcək”.

Diplomat qeyd edib ki, Xəzər regionunda media əməkdaşlığı sahəsində hələ tam istifadə olunmamış geniş potensial mövcuddur. Onun sözlərinə görə, bu ölkələr arasında artıq çoxsaylı ikitərəfli razılaşmalar mövcuddur və vaxtaşırı məsləhətləşmələr keçirilir.

“Yaxın günlərdə İranlı həmkarlarla da bu mövzuda bir görüşümüz oldu”, - deyə o əlavə edib.

Zaxarova həmçinin vurğulayıb ki, belə bir görüş keçmişdəki müsbət əməkdaşlıq təcrübəsinə əsaslanaraq gələcəyə doğru birgə addımların müzakirəsinə həsr oluna bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Bütün Xəbərlər