Yunanıstan 13 saatlıq iş rejiminə keçdi

Yunanıstan 13 saatlıq iş rejiminə keçdi
16.10.2025 17:07 Dünya

Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verən yeni əmək qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Qanunun qəbulu ölkədə ciddi müzakirələr və geniş etirazlara səbəb olub. Həmkarlar ittifaqları sənədi sərt şəkildə tənqid edərək, onun səkkiz saatlıq iş gününü faktiki olaraq ləğv etdiyini və işçiləri hüquqlarından məhrum etdiyini bildiriblər.

Əmək naziri Niki Kerameos açıqlamasında qeyd edib ki, yeni qayda yalnız ilin 37 günü üçün tətbiq edilə bilər və bu hallarda işəgötürənlər işçilərə saatlıq əmək haqqının 40%-i miqdarında əlavə ödəniş etməlidirlər.

Qanun qəbulundan öncə Afina və digər şəhərlərdə keçirilən ümummilli tətillər və kütləvi mitinqlər ictimai nəqliyyatı, dövlət qurumlarını və medianı iflic vəziyyətinə salıb. Etirazçılar maaşların artırılması və əmək hüquqlarının qorunmasını tələb etsələr də, hökumət qanun layihəsini geri çəkməkdən imtina edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 Bütün Xəbərlər