Yəmən hökumət qüvvələri Ədən və cənub vilayətlərini nəzarətə götürdü

Yəmən hökumət qüvvələri Ədən və cənub vilayətlərini nəzarətə götürdü
11.01.2026 14:42 Dünya

Yəmənin hökumət qüvvələri müvəqqəti paytaxt Ədən də daxil olmaqla, ölkənin cənub və şərq vilayətlərindəki hərbi düşərgələri uğurla nəzarət altına alıblar.

TodayPress TV "SABA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi bildirib.

"Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı olaraq sizi əmin etmək istərdim ki, Hdraməvt və Əl-Məhrə əyalətlərində, müvəqqəti paytaxt Ədəndə və digər azad edilən bölgələrdə hərbi düşərgələrin təhvil verilməsi əməliyyatı uğurla başa çatdırılıb", - o, xalqa müraciətində deyib.

O vurğulayıb ki, bu çətin qərarlar güc nümayiş etdirmək üçün deyil, vətəndaşları, dövlətin hüquqi statusunu qorumaq və konstitusion əsasları saxlamaq üçün qəbul edilib.

Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiyanın komandanlığı altında ölkədə Ali Hərbi Komitənin yaradıldığını diqqətə çatdırıb.

"Bu komitə bütün hərbi qüvvələrin və birləşmələrin hazırlanması, təchiz edilməsi və idarə olunması üçün məsuliyyət daşıyacaq",-Əl-Alimi deyib.

Onun sözlərinə görə, bu, üsyançı "Ənsar Allah" hərəkatından olan husilər sülh təşəbbüslərini rədd etməyə davam edərlərsə, bu, zəruri olacaq. 

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər