Xərçəng əleyhinə peyvənd istifadəyə hazırlanır

Xərçəng əleyhinə peyvənd istifadəyə hazırlanır
07.09.2025 02:15 Dünya

Rusiya alimləri xərçəngə qarşı yeni peyvənd hazırlayıblar və onun istifadəyə tam hazır olduğunu bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəhbəri Veronika Skvortsova məlumat verib.

Onun sözlərinə görə, "Enteromiks" adlı M-RNT əsaslı preparat klinikadan əvvəlki sınaqlardan uğurla keçib. Sınaqlar peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib.

"Avqustun sonunda FTBA preparatın klinik tətbiqi üçün Rusiya Səhiyyə Nazirliyinə rəsmi sənədlər təqdim edib. Araşdırmalar sübut edib ki, "Enteromiks" peyvəndi şişlərin ölçüsünü azaldır, onların böyüməsini ləngidir və dəfələrlə tətbiq edildikdə belə təhlükəsizdir. Preparat hər bir xəstə üçün fərdi qaydada hazırlanacaq və orqanizmdəki ribonuklein turşusuna (RNT) uyğunlaşdırılacaq", - deyə Skvortsova bildirib.

FTBA rəhbəri əlavə edib ki, peyvəndin tətbiqinə ilkin olaraq kolorektal xərçəngin müalicəsindən başlamaq nəzərdə tutulur.

"Eyni zamanda isə daha iki istiqamət üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir. Söhbət qlioblastoma və melanomanın xüsusi növlərinin müalicəsindən gedir", - deyə Skvortsova vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər