Xameneinin dəfn edildiyi Məşhəddə insident - Ölən və yaralananlar var

Xameneinin dəfn edildiyi Məşhəddə insident - Ölən və yaralananlar var
10.07.2026 08:29 Dünya

İranın Məşhəd şəhərində silahlı hücum baş verib.

TodayPress TV xəbər verir ki, məlumata görə, azı üç silahlı şəxs şəhərin Sərəfrazan bulvarı ərazisində yerləşən təhlükəsizlik məntəqəsinə atəş açıb.

Hücum zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" qüvvələrinin üzvlərinin hədəf alındığı bildirilir.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər ölüb, azı beş nəfər yaralanıb. Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı qeyd olunur.

Xorasan-Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirullah Şamqədri Məşhədin Sərəfrazan bulvarında atışma baş verdiyini və iki nəfərin öldüyünü təsdiqləyib. O, hadisənin səbəblərinin və ölənlərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Sərəfrazan bulvarı Məşhədin qərbində yerləşir və  mərhum Ali Lider Əli Xameneinin dəfn edildiyi İmam Rza ziyarətgahından təxminən 17 kilometr uzaqlıqda yerləşir.

Hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Faktla bağlı araşdırmalar davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 22:12 Bağırsağınızı xilas edən 8 içki açıqlandı 00:11 Bu məhsulları soyuducuda saxlamaq təhlükəlidir - SİYAHI 23:30 Bu şəhərdə havanı 8 dərəcə soyudan sistem işə salındı 23:23 Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək 23:17 Saakaşvili Putinlə bağlı ilk dəfə bunları dedi 01:44 Bakıda məktəb ərazisində bıçaqlanma oldu 01:39 Türkiyəyə səfər etdi, İnstagram hesabı “partladı” 01:25 Bəqayi Trampı “yalançı çıxartdı” 00:58 DÇ-2026: İspaniya Belçikanı məğlub etdi 22:51 Tərksilah çağırışına cavab: İraqdakı qruplaşma qərarını AÇIQLADI 00:48 İranın gizli nüvə mərkəzində nələr baş verir? 00:19 Bu sahədə fəaliyyət göstərənlər 70 manat ödəyəcək 23:51 Ucarda dəhşətli hadisə - Yeniyetmədən xəbər yoxdur 22:56 Fidan: “Pulunu ödədiyimiz F-35-ləri geri almaq problem olmayacaq” 23:03 Ukraynanın zərbələri Rusiyanın “yanacaq damarını” kəsdi 22:46 Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi? 22:24 ABŞ-dən Rusiyanı sarsıdacaq qanun layihəsi gəlir 22:03 Zelenski Putinin çevrəsindən danışdı: “Onlar da sülh istəyir” 21:47 Ərdoğan Hakan Fidanı Ukraynaya göndərir 21:41 4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Bütün Xəbərlər