Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB

Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB
18.06.2026 22:44 Dünya

İranın Ali rəhbəri Müctəba Xamenei bildirib ki, ABŞ ilə gələcəkdə baş tutacaq danışıqlarda Ağ Evin mövqeyi qəbul edilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə onun xalqa müraciətində bildirilib.

"Ümid edirik ki, mövlamızın mübarək duaları İran xalqına hər cür qələbə və zəfərlər gətirəcək", - Xamenei yekunlaşdırıb.

XXX
İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.

TodayPress TV xəbər verir ki, Xamenei bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər", - o bildirib.

O qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb: "Bu mərhələyə çatmaq yolunda məsul şəxslər çoxlu səy göstəriblər və əlbəttə ki, məhz ABŞ Prezidenti (Donald Tramp) çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarına əl atırdı".

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Neft bazarında canlanma – Bu ölkəistehsalı 2 milyon barelə qədər artıracaq 22:20 Tramp İsrail və Livana çağırış ETDİ 23:50 Gəmilər üçün rüsumlar tamamilə ləğv edilir? - Hörmüzdə sülh dalğası 23:41 Astarada dəhşətli qəza: Ölən və yaralananlar var 22:56 ABŞ Livanda sülhü gecikdirənləri hədəf aldı - Maliyyə Nazirliyi yeni siyahını açıqladı 23:23 Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi 22:40 Ukrayna eyni anda 13 bölgəyə PUA yağdırdı - Nazirlikdən rəsmi açıqlama 23:12 Moskvaya PUA hücumu: İki Azərbaycan vətəndaşı yaralandı 22:59 Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB 21:53 Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq 22:31 Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB 22:36 Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair paylaşım etdi 22:34 Çexiya və CAR oyununun ən yaxşısı açıqlandı 22:30 “Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova 21:40 DÇ-2026: Çexiya və CAR növbəti mərhələyə çıxmaq şanslarını qorudular 22:03 Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft... 22:00 Cəlilabadda faciə: Elektriki “tok” vurub öldürdü 21:09 Neymar həmin matçda oynamayacaq 20:57 Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək 21:27 Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur" 21:21 Bakıda mühüm sənəd qəbul edildi 20:36 Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə... 21:17 “Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev 21:05 Pezeşkian Qətər Əmirinə təşəkkür etdi 20:23 Azərbaycan–Ermənistan normallaşması Riqada gündəm oldu 20:51 Bütün Xəbərlər